Azərbaycanda bloklanan zərərli keçidlərin sayı avqustda 40 % azalıb
- 04 sentyabr, 2025
- 10:03

Bu ilin yanvar-avqust aylarında "AzStateNet" şəbəkəsi üzrə 346,64 milyon zərərli keçid bloklanıb.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 % azdır.
Təkcə avqustda isə 31,76 milyon zərərli keçid bloklanıb ki, bu da 1 il əvvələ nisbətən 40 % azdır.
8 ay ərzində son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 18 milyon 697 min 200, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 71 min 75 zərərverici tərkibli elektron sənəd blok edilib. Bu, illik müqayisədə müvafiq olaraq 6,1 dəfə çox və 58 % azdır.
2024-cü ildə "AzStateNet" şəbəkəsi üzrə 814,37 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 4 milyon 480 min 400, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 195 min 82 zərərverici tərkibli elektron sənəd bloklanıb.