Şöbə müdiri: Yevlax Olimpiya İdman Kompleksində eyni vaxtda 9 yarış keçirilə bilər

İdman
  • 29 sentyabr, 2025
  • 13:32
Şöbə müdiri: Yevlax Olimpiya İdman Kompleksində eyni vaxtda 9 yarış keçirilə bilər
Elmir Mehdiyev

Yevlax Olimpiya İdman Kompleksində eyni vaxtda 9 yarışın keçirilməsi mümkündür.

"Report"un Qərb bürosu xəbər verir ki, bunu Prezidentin izi ilə Kompleksə təşkil olunan mediatur çərçivəsində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elmir Mehdiyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Kompleksin ümumi ərazisi 5,8 hektardır:

"Bu möhtəşəm qurğu müasir tələblərə uyğun şəkildə inşa edilib və ölkəmizdə fəaliyyətə başlayan 50-ci Olimpiya İdman Kompleksi kimi tarixə düşüb.

Kompleksin texniki imkanları burada eyni vaxtda 9-a yaxın yarış və məşqin keçirilməsinə şərait yaradır. Buraya 1100 tamaşaçı tutumuna malik universal idman zalı daxildir. Bu zalda voleybol, basketbol, həndbol, badminton kimi idman növləri üzrə yarışlar və məşqlər təşkil oluna bilər.

Bundan əlavə, komplekstdə üzgüçülük hovuzu, "Günəş" zalı, cüdo zalı, gimnastika zalı, boks zalı, fitnes zalı və taekvondo zalı fəaliyyət göstərəcək. Zalların çoxluğu burada müxtəlif idman növləri üzrə yarışların keçirilməsinə geniş imkanlar yaradır.

Kompleksdə həm idmançıların, həm də Yevlax şəhərinin qonaqlarının qalması üçün 21 otaqdan ibarət mehmanxana da fəaliyyət göstərəcək".

Son xəbərlər

Bütün Xəbər Lenti