Luis Enrike yayda "Real"a rəhbərlik edə bilər
İdman
- 17 yanvar, 2026
- 07:45
PSJ-nin baş məşqçisi Luis Enrike 2026-cı ilin yayında Paris klubundan ayrılaraq "Real"a rəhbərlik edə bilər.
"Report" xəbər verir ki, bu barədə "X"də "Topskills Sports UK" paylaşım edib.
Qeyd olunub ki, Enrike yeni kluba keçməyə açıqdır, lakin bu, yalnız oyunçular, transferlər və idman qərarları üzərində tam nəzarəti ələ keçirmək şərti ilə mümkündür.
Vurğulanıb ki, mütəxəssis İspaniya çempionatında işləmək imkanını ciddi şəkildə nəzərdən keçirir.
Xatırladaq ki, Enrike 2014-cü ildən 2017-ci ilə qədər "Barselona"nın baş məşqçisi vəzifəsində çalışıb. Onun rəhbərliyi altında klub Çempionlar Liqasını, Klublararası Dünya Kubokunu, UEFA Superkubokunu, iki İspaniya çempionluğunu, üç İspaniya Kubokunu və bir İspaniya Superkubokunu qazanıb.
Son xəbərlər
20:08
Türkiyə Prezidenti: Azərbaycanla daim təmasdayıq
Region20:03
Azərbaycan və Türkiyə XİN başçılarının müzakirə etdiyi mövzular açıqlanıb - YENİLƏNİB
Region19:55
Video
Türkiyə Prezidentindən İrana çağırış: Qan tökülməsinə qarşıyıq
Region19:52
İrandakı vəziyyətlə əlaqədar Türkiyədə bütün qurumlar yüksək hazırlıq vəziyyətindədir
Region19:48
ABŞ-nin hələlik İrana qoşun göndərmək planı yoxdur
Digər ölkələr19:44
Merts: Yaxın Şərqdəki gərginliyə görə enerji resurslarının bahalaşmasından narahatıq
Energetika19:39
Foto
Meksikanın İrandakı səfirliyi fəaliyyətini Bakıda davam etdirəcək
Xarici siyasət19:26
Foto
Video
Bakıdan havaya qalxan sərnişin təyyarəsi Naxçıvana eniş edib - YENİLƏNİB-2
İnfrastruktur19:25