Ağdamda partlayış baş verib, 1 hərbçimiz həlak olub, 2-si yaralanıb
Hərbi
- 04 fevral, 2021
- 16:34
Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.
Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.
Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.
Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!
Son xəbərlər
17:17
Foto
Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib
ASK17:14
FIFA Venesuelada zəlzələ qurbanlarına kömək üçün 1 milyon dollar ianə edəcək
Futbol16:59
Moldovanın hakim partiyası baş nazir vəzifəsinə Tofanın namizədliyini irəli sürəcək
Digər ölkələr16:45
"Qaradağ Şüşə Zavodu" özəlləşdirilib
Biznes16:44
ADY bu ilin altı ayında 484 min tona yaxın kükürd və əlaqəli mallar daşıyıb
İnfrastruktur16:36
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
İnfrastruktur16:29
"AzerTelecom" və "DE-CIX"in əməkdaşlığı ilə internet mübadiləsi mərkəzi – "AZE-İX" istifadəyə verilir
İKT16:21
"Araz-Naxçıvan" braziliyalı qapıçı Artur Auqusto Da Silvanı heyətinə qatıb
Futbol16:19