Azərbaycanın Müdafiə Nazirliyi Rusiyaya başsağlığı verib
Hərbi
- 20 sentyabr, 2023
- 18:36
Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Azərbaycanın Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.
Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Son xəbərlər
19:11
Yasamal rayonunda obyektdə yanğın baş verib
Hadisə19:10
İran Hörmüz boğazı ilə bağlı yeni plan hazırlayıb
Region19:05
Çili millisi Çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb
İdman18:53
Hikmət Hacıyev: Ermənistanla münaqişənin həllindən sonra Azərbaycan orta güc konsepsiyasına keçib
Xarici siyasət18:45
Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir
İdman18:42
Elnur Eyvazlı: "Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək"
Maliyyə18:37
Ərdoğan CHP-ni sərt tənqid edib
Region18:25
Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"
Futbol18:21