Gürcü ekspert: “Azərbaycan PUA-larla müharibədə dönüş yaratdı”
Hərbi
- 13 noyabr, 2020
- 07:47
“Ermənistan bölgədə balansın dəyişməsi ilə bağlı reallığı və Azərbaycanın güclənməsini qiymətləndirə bilmədi”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu xarici əlaqələr üzrə ekspert Tornike Şaraşenidze “İmedi” telekanalına müsahibəsində deyib.
Ekspertin sözlərinə görə, Azərbaycan hərbi əməliyyatlar zamanı PUA-lar və yeni texnologiyalardan istifadə etməklə müharibədə dönüş nöqtəsi yaratdı: “Ermənistanda olan bütün hərbi sursat və texnika əsasən Rusiya istehsalıdır və Azərbaycanın PUA-ları qarşısında tamamilə zəif idi. Azərbaycan Ordusu həlledici məqama çatanda Rusiya müdaxiləyə qərar verdi”.
T.Şaraşenidze güclənən Azərbaycanın Rusiya üçün maraqlı tərəfdaş olduğunu və Türkiyənin bölgədə daha da fəallaşdığını qeyd edib.
Son xəbərlər
14:43
Bakı, Sumqayıt və Abşeron üzrə aprel ayının pensiyaları ödənilib
Sosial müdafiə14:42
Pirşağıda kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğunun inşası üzrə vəziyyət açıqlanıb
İnfrastruktur14:32
"Unibank" I rübün maliyyə nəticələrini açıqlayıb
Maliyyə14:32
Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbinə start verilir
Elm və təhsil14:31
Kamal Kılıçdaroğluna 11 ay 20 gün həbs cəzası verilib
Region14:30
Azərbaycan və Serbiya qaz tədarükünün illik həcminin 1 milyard kubmetrə çatdırılmasını müzakirə edir
Energetika14:30
Foto
"Gələcəyin ümidləri" təlim proqramına seçilən cüdoçularla görüş təşkil edilib
Fərdi14:29
"Al-Jazeera": ABŞ-nin blokadasından sonra Hörmüz boğazından üçüncü gəmi keçib
Digər ölkələr14:25
Foto