DSX: Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib
Hərbi
- 31 mart, 2025
- 11:54
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətdən məlumat verilib.
Bildirilib ki, mart ayının 29-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından pilotsuz uçuş aparatı vasitəsilə narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qoşun-əməliyyat tədbirləri nəticəsində kiçik həcmli uçuş vasitəsi zərərsizləşdirilmiş, 460 qram narkotik vasitə marixuana ərazidən götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Son xəbərlər
00:01
UEFA Avropa Liqası: "Vestri" - "Qarabağ" oyunu başlayıb
Futbol23:55
"Qarabağ"ın UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki mümkün rəqibi müəyyənləşib
Futbol23:51
Sabah Binəqədi və Sabunçunun bəzi ərazilərində qaz olmayacaq
Energetika23:45
Almaniyada üç nəfər müşahidə qülləsindən yıxılaraq ölüb
Digər ölkələr23:34
Sabah Cəlilabadın bir sıra yaşayış məntəqələrində qaz olmayacaq
Energetika23:18
Fransa və Almaniyanın Hərbi Hava Qüvvələri təlim keçirəcəklər
Digər ölkələr23:02
Nikaraqua İtaliya ilə diplomatik münasibətləri kəsir
Digər ölkələr22:48
Rəşad Sadıqov: "Torpedo" ilə qarşılaşmaq istəmirdik"
Futbol22:44