Azərbaycanın hərbi attaşesi "TurAz Şahini-2021" təlimlərində iştirak edən şəxsi heyətlə görüşüb
Hərbi
- 08 sentyabr, 2021
- 16:06
Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin növbəti günündə Azərbaycan Respublikasının qardaş ölkədəki hərbi attaşesi polkovnik Müşviq Məmmədov təlimlərdə iştirak edən şəxsi heyətlə görüşüb.
Bu barədə "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Əvvəlcə aviasiya bazasının komandiri general-mayor Öndər Şənsöz ilə görüşən polkovnik Müşviq Məmmədov vurğulayıb ki, bu təlimlərdə iki qardaş ölkənin hərbçiləri arasında geniş təcrübə mübadiləsinin aparılması çox əhəmiyyətlidir.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.
Görüşdən sonra hərbi attaşe aerodroma gələrək uçuş və texniki heyətlə görüşüb, təlimin gedişi ilə maraqlanıb.
Sonda xatirə şəkli çəkdirilib.
Son xəbərlər
19:35
ABŞ senatoru: Azərbaycanla görüşlər əlaqələrimizin genişləndirilməsində səmərəlidir
Hərbi19:21
Zakir Həsənov ABŞ nümayəndə heyətinin üzvləri ilə görüşüb
Hərbi19:19
Azərbaycan - ABŞ münasibətləri müzakirə olunub
Xarici siyasət19:16
İlham Əliyev Trampın ədalətsiz 907-ci düzəlişin fəaliyyətini dayandırmasını yüksək qiymətləndirib
Xarici siyasət19:14
İlham Əliyev: Azərbaycan regional sülh gündəliyinin irəli aparılması üçün səylərini davam etdirəcək
Xarici siyasət19:03
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb - YENİLƏNİB-3
İnfrastruktur19:01
Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib
Xarici siyasət18:57
Nigeriyada yaraqlılar 30-dan çox insanı öldürüblər
Digər ölkələr18:48