Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Hadisə
- 04 aprel, 2026
- 15:10
Zığ dairəsi-Hava Limanı yolunda yağışa görə sürət həddi endirilib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat verib.
Bildirilib ki, hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol" işarəsi qoyulub.
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
Son xəbərlər
03:37
BƏƏ: İran Hörmüz boğazında gəmilərə hücum edib, ölən və yaralananlar var
Digər ölkələr03:18
Mərhum senator Lindsi Qremin bacısı onun yerinə təyin edilib
Digər ölkələr02:54
Makron: Ukrayna SAMP/T hava hücumundan müdafiə sistemləri və 16 ədəd "Mirage" qırıcısı alacaq – YENİLƏNİB
Digər ölkələr02:21
Serbiya gələn ilin ortalarınadək nüvə proqramının ilk mərhələsini başa çatdıracaq
Digər ölkələr01:43
İran ABŞ-nin Küveytdəki bazalarına zərbələr endirdiyini açıqlayıb
Region01:28
CENTCOM İrana yeni zərbələr dalğasının başlandığını bildirib
Digər ölkələr01:02
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalayacaq
Digər ölkələr00:49
SEPAH: ABŞ-nin iki pilotsuz təyyarəsi vurulub
Region00:27