Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb
Hadisə
- 07 avqust, 2020
- 06:34
Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib.
Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təklüləli “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı İ.İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
12:01
Şavkat Mirziyoyev 20 milyard dollarlıq birgə investisiya planlarını açıqlayıb
Digər ölkələr12:01
Elektron sağlamlıq kartı sistemi psixiatriya yardımı sahəsinə tətbiq ediləcək
Milli Məclis12:00
İnzibati xəta törətmiş şəxsə psixatriya yardımı razılıqsız göstəriləcək
Milli Məclis11:58
Xəzər dənizində zəlzələ olub
Hadisə11:57
Sabah Yevlaxın 8 kəndində qaz olmayacaq
Energetika11:41
Mansur Muhtar: "İslam maliyyəsi inkişaf banklarının məhdud resurslarını tamamlayan alternativ ola bilər"
Maliyyə11:37
Xalid Xalafalla: İslam maliyyəsi energetika və infrastruktur layihələri üçün səmərəlidir
Xarici siyasət11:32
Azərbaycanlı futbolçu Cəlal Hüseynov "Petrolul" klubuna keçib
Futbol11:25