Zərdabda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Hadisə
  • 16 iyul, 2026
  • 15:21
Zərdabda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb - YENİLƏNİB

Zərdabda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər ötən gün 23:30 radələrində Zərdab Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda onların müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında yerləşən ağaca, daha sonra isə işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsində olan bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.