Zaqatalada istirahət mərkəzində yanğın olub
Hadisə
- 27 mart, 2026
- 10:29
Zaqatalada istirahət mərkəzində yanğın olub.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, yanğın martın 26-dan 27-nə keçən gecə rayonun Qazangül qəsəbəsi ərazisində yerləşən "Hope Lake" ailəvi istirahət mərkəzində baş verib.
Belə ki, ümumi sahəsi 100 kv/m-dən çox olan mətbəx binasında meydana gələn yanğının genişlənərək yaxınlıqdakı kottec və tikililərə keçməsinin qarşısı dərhal alınıb. Hadisə yerinə Zaqatala Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.
Yanğın nəticəsində ailəvi istirahət mərkəzinin mətbəx binasının yanar konstruksiyaları içərisindəki əşyalarla birlikdə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
17:03
Şahdağ və Qrıza qar yağır - FAKTİKİ HAVA-YENİLƏNİB-2
Ekologiya16:52
Azərbaycanın U-21 millisi Portuqaliyaya uduzub
Futbol16:46
Azərbaycan NAS strategiyası vasitəsilə regional aviasiya qovşağı mövqelərini möhkəmləndirir
İnfrastruktur16:43
İran Təl-Əvivdə İsrail Ordusunun nəqliyyat mərkəzinə PUA ilə zərbə endirib - YENİLƏNİB
Digər ölkələr16:33
İcraçı direktor: Azərbaycan-Türkiyə Birgə Media Platforması daha geniş şəkildə inkişaf etdiriləcək
Media16:31
FHN: Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durun
Hadisə16:27
Əhməd İsmayılov: Azərbaycanda rəqəmsal inkişaf dövlət siyasətinin prioritet istiqamətlərindəndir
Media16:24
Vladimir Putin: Rusiya-Avropa münasibətlərində böhran hökm sürür
Region16:20