Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib
Hadisə
- 02 may, 2026
- 14:54
Zaqatalada kəndə hücum edən canavar 47 yaşlı kişiyə ağır xəsarətlər yetirib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Car kəndinin inzibati ərazi vahidinə daxil olan Axaxdərə kəndində baş verib.
Belə ki, həmin kəndin sakini Aydın Qurbanov yaşadığı evin həyətyanı sahəsində canavarla qarşılaşıb. Bu zaman canavar ona hücum edərək çoxsaylı xəsarət yetirib. O, yaxınlarının köməkliyi ilə canavarın pəncəsindən xilas olub və Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirlib.
A.Qurbanova bədəninin müxtəlif nahiyələrinin açıq yarası xəsarətləri diaqnozu qoyulub, müalicəsi xəstəxanada davam etdirilir.
Son xəbərlər
07:41
Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
Digər ölkələr07:14
KXDR-də yeni esminesin silah sınaqları keçirilib
Digər ölkələr06:50
Bu gün mindən çox şəxs dövlət qulluğuna imtahan verəcək
Elm və təhsil06:25
İranın Ermənistandakı səfirliyi Trampa müraciət ünvanlayıb
Region06:12
Bu gün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Elm və təhsil05:59
Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib
Digər ölkələr05:32
NATO təyyarəsi Rumıniya-Ukrayna sərhədində uçuş həyata keçirib
Digər ölkələr05:05
Netanyahu azadlığın müdafiəsində ABŞ və İsrailin birliyini bəyan edib
Digər ölkələr04:37