Yevlaxda keçmiş məhkumu öldürən gəncə hökm oxunub
Hadisə
- 20 mart, 2021
- 09:42
Şəki Ağır Cinayətlər Məhkəməsində qohumunu qətlə yetirməkdə təqsirləndirilən Murad Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Report” xəbər verir ki, hakim Rəşid Hüseynovun sədrlik etdiyi prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Hüseynov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2019-cu ilin iyun ayında Yevlax rayonunun Malbinəsi kəndində baş verib. Münaqişə söyüş üstündə yaranıb. 1991-ci il təvəllüdlü M.Hüseynov qohumu, əvvəllər məhkum olunmuş Nicat Hüseynovu bıçaqlayıb. N.Hüseynov Yevlax Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
M.Hüseynova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham verilib.
Son xəbərlər
09:25
Patrik Vieyra Seneqal millisinin yeni baş məşqçisi ola bilər
Futbol09:05
SEPAH ABŞ-nin İordaniya və Bəhreyndəki bazalarına PUA hücumu edib
Region09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (24.07.2026)
Maliyyə09:00
NYT: Pentaqon İranla müharibədə həlak olanların sayını qəsdən azaldıb
Digər ölkələr08:59
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (24.07.2026)
Maliyyə08:50
Vaşinqtonda dəniz təyyarəsi qəzaya uğrayıb
Digər ölkələr08:39
İran XİN ABŞ-nin təzminat məsələsinə aydınlıq gətirib
Region08:32
Mask: Sİ beş ildən sonra bütün bəşəriyyətin intellektini üstələyəcək
Digər ölkələr08:22