Yardımlıda meşəbəyinin meyiti dərədə tapılıb
Hadisə
- 19 avqust, 2020
- 08:46
Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.
“Report”un Cənub Mərkəzinin məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.
Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər.
Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.
Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
00:09
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
Region00:01
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
Region23:45
Azərbaycan güləşçilərinin ilk rəqibləri müəyyənləşib
Fərdi23:43
Braziliya Mileyin açıqlamalarından sonra Argentinadakı səfirini geri çağırıb
Digər ölkələr23:24
Hakan Fidanla BMT Baş katibi Suriya və Kipri müzakirə ediblər
Region23:02
"Axios": İrana zərbələri dayandırmağı CENTCOM-un rəhbəri tövsiyə edib
Digər ölkələr22:44
Peruda avtobusların toqquşması zamanı beş nəfər həlak olub
Digər ölkələr22:27
Braziliya Prezidenti ABŞ-nin yeni tariflərini strateji səhv adlandırıb
Digər ölkələr22:12