Xırdalanda anbarda güclü yanğın baş verib

Hadisə
  • 27 yanvar, 2026
  • 08:21
Xırdalanda anbarda güclü yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xırdalan şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik ümumi sahəsi 1000kv.m. olan anbarların birində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər anbarlara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 60kv.m. olan anbarın dam örtüyünün taxta atmaları və içərisində olan taxta məmulatları yanıb. Digər bitişik anbarlar yanğından mühafizə olunub.

Xırdalanda anbarda güclü yanğın baş verib

Son xəbərlər

Bütün Xəbər Lenti