Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Hadisə
  • 22 yanvar, 2016
  • 07:54
Xəzərin Azərbaycan sektorunda zəlzələ olub

Bakı. 22 yanvar. REPORT.AZ/ Səhər saatlarında Xəzərin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a verilən xəbərə görə, təkanlar yerli vaxtla saat 08:44-də Xəzər dənizində qeydə alınıb.

Maqnitudası 3,1, dərinliyi 53 km olan zəlzələ hiss edilməyib.