Xəzər rayonunda evlərdən 12 min manatlıq məişət əşyaları oğurlanıb
Hadisə
- 29 yanvar, 2026
- 16:22
Bakının Xəzər rayonunda naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12 min 650 manat dəyərində məişət əşyalarını oğurlayıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov saxlanılıb.
O, bir müddət əvvəl oğurluq etmək niyyətində olduğu evləri müşahidə edərək talama cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb.
R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9 min manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
16:16
Məhəmməd Əl-Casir: "IsDB və Azərbaycan tərəfdaşlığında yeni fəsil başlayıb"
Maliyyə16:15
DÇ-2026: Braziliya Haiti ilə, Türkiyə Paraqvayla üz-üzə gələcək
Futbol16:12
Foto
Azərbaycan və Türkiyə müharibə zamanı qidalanma və su təchizatı mövzusunda müzakirə aparılıb
Hərbi16:10
"PAŞA Bank"ın yeni səhmlərinə 18 minə yaxın investor maraq göstərib
Maliyyə16:07
Foto
Azərbaycanlı şahmatçı Aydın Süleymanlı dünya çempionatında Maqnus Karlsenə qalib gəlib
Fərdi16:06
Foto
Ramin Məmmədov Lerikdə vətəndaşları qəbul edib
Daxili siyasət16:06
Bu gecə Bakının iki rayonunda işıq olmayacaq
Energetika16:05
Məhəmməd Əl-Casir: "IsDB Qrupunun 51-ci illik toplantıları qüsursuz təşkil edilib"
Maliyyə16:01