Xətai rayonunda avtomobil yanıb

Hadisə
  • 15 dekabr, 2014
  • 05:17
Xətai rayonunda avtomobil yanıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.