Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlanıb
Hadisə
- 22 aprel, 2026
- 13:03
Xətai rayonunda 11 min manat dəyərində 6 ədəd mühərrik oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, naməlum şəxslər rayon ərazisində yerləşən şirkətlərdən birinin həyətindən ümumilikdə 11 min manat dəyəri olan 6 ədəd su və elektrik mühərriyi oğurlayıblar. Xətai RPİ 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Nağıyev və R.İbrahimov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxslərin taladıqları əşyaları metal qəbulu məntəqəsinə satdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.
Son xəbərlər
09:37
Qazaxıstan qeyri-rezidentlərin dövlət istiqrazlarına investisiyaları 5 mlrd dollaradək artırır
Maliyyə09:15
Azərbaycan Premyer Liqasında bu gün daha iki oyun keçiriləcək
Futbol08:57
Monqolustan CAREC-ASEAN regionunda kapital bazarlarının inkişafı təşəbbüsünə rəhbərlik etməyə hazırdır
Maliyyə08:50
AİB-nin vitse-prezidenti: Dərin kapital bazarları olmadan CAREC-in potensialı məhdud olaraq qalacaq
Maliyyə08:35
WP: Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir
Digər ölkələr08:18
Kuba Prezidenti xalqın ölkənin suverenliyini müdafiə etməyə hazır olduğunu bildirib
Digər ölkələr08:00
Səmərqənddə AİB-nin Rəhbərlər Şurasının illik toplantısı başlayıb
Maliyyə07:42
Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verəcək
Elm və təhsil07:25