Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb
Hadisə
- 27 fevral, 2024
- 07:02
Xankəndidə uşaq bağçasının zirzəmisindən dron, 29 avtomat və 416 qumbara aşkarlanıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhərində yerləşən uşaq bağçasının zirzəmisindən 1 ədəd dron, 1 ədəd dron üçün tripot, 29 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 27 tüfəng, 416 ədəd qumbara, 113 alışdırıcı, 113 ədəd partlayıcı, 1 178 patron darağı, 8 508 ədəd mərmi, 24 min 320 ədəd müxtəlif çaplı patron, 30 ədəd kapsul, 3 ədəd optik nişangah, 10 gecəgörmə cihazı, 50 ədəd rabitə qurğusu, 34 süngü-bıçaq, 57 ədəd əleyhqaz, 4 binokl, 4 penal dəsti və digər sursatlar aşkar olunaraq götürülüb.
Son xəbərlər
22:13
SEPAH ABŞ-nin Bəhreyndəki bazasına hücum edib
Region22:01
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİB
Futbol21:43
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xarici siyasət21:40
Pezeşkian: Biz Trampın sözlərinə əməllərlə cavab verəcəyik
Region21:26
"İmişli" yay hazırlıq dönəmində 7 yoxlama matçı keçirəcək
Futbol21:14
Hərbi təhsil almaq istəyənlər üçün "Açıq qapı" günü keçiriləcək
Hərbi21:11
"Qəbələ" yoxlama oyununda "Kəpəz"i məğlub edib
Futbol21:09
Rusiyaya qarşı nəzərdə tutulan sanksiyalar İran və "Hizbullah"a da tətbiq edilə bilər
Digər ölkələr20:48