Xaçmazda intensiv yağışlar nəticəsində evlərə su dolub, 22 nəfər təxliyə edilib
Hadisə
- 28 mart, 2026
- 15:00
Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində yaşayış evlərinə su dolub.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Son xəbərlər
23:10
İranın ən böyük uran emalı müəssisələrindən biri bombalanıb
Region23:02
İranın XİN başçısı: Qətərlə dostluq əlaqələrini qorumağa çalışırıq
Region22:56
Tramp ABŞ-nin Hörmüz boğazından keçid üçün ödəniş almasını mümkün hesab edib
Digər ölkələr22:52
Sozar Subari: Gürcüstan - Azərbaycan strateji əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır
Region22:35
Heqset: ABŞ sabah İrana müharibə dövrünün ən güclü zərbəsini endirəcək
Digər ölkələr22:33
Nikola Bozinoski: "Sabah"a qarşı mübarizə aparmaq bizim üçün prestijdir"
Komanda22:32
"Axios": Netanyahu Trampı İranla atəşkəsdən çəkindirməyə çalışıb
Digər ölkələr22:26
Foto
"Böyük İpək Yolu" beynəlxalq turniri: Azərbaycanın 11 boksçusu finalda, 10-u bürünc medal qazanıb
Fərdi22:23