​Uşaq Texniki Yaradıcılıq Mərkəzində yanğın baş verib

Hadisə
  • 04 fevral, 2015
  • 02:11
​Uşaq Texniki Yaradıcılıq Mərkəzində yanğın baş verib

Bakı. 4 fevral. REPORT.AZ/ Ötən gün axşam saatlarında Balakən şəhərində Təhsil Nazirliyinin balansında olan birmərtəbəli Uşaq Texniki Yaradıcılıq Mərkəzinin 1 otağının yanar konstruksiyaları və içərisində olan avadanlıqlar yanıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.