Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb
Hadisə
- 20 sentyabr, 2021
- 11:55
Tovuz rayonunda qanunsuz ov edən şəxs aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a bildirilib ki, sentyabrın 19-da qanunsuz ov etdiyinə görə Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Əlimərdanlı kənd sakini İftixar Səmədov saxlanılıb.
Araşdırmalarla onun özünə məxsus müvafiq sənədləri olan "Toz-87" markalı tüfənglə Kür çayının rayon ərazisindən keçən hissəsində müvafiq icazəsi olmadan qadağan olunmuş zamanda və məkanda ov etməsi müəyyən olunub.
İ.Səmədov saxlanılıb, ona məxsus ov tüfəngi və ovladığı 2 ədəd çöl dovşanı maddi sübut kimi götürülüb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Son xəbərlər
10:55
İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır
Digər ölkələr10:51
Gəncədə ev yanıb, ölən var
Hadisə10:45
Video
Banqladeşdə sərnişin avtobusu çaya düşüb, 25 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr10:43
Gürcüstanda aralarında azərbaycanlıların da olduğu 41 qanunsuz miqrant saxlanılıb
Xarici siyasət10:39
Foto
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri keçirilib
Biznes10:37
Rusiyada məktəbli sinif yoldaşını arbaletlə yaralayıb
Digər ölkələr10:32
Kəfr-Qasimdə İranın hücumu nəticəsində 5 nəfər yaralanıb
Digər ölkələr10:22
"Brent" 104, "WTI" markalı neft 92 dollaradək bahalaşıb
Energetika10:21