"TikTok"da qeyri-etik paylaşımlar edən şəxs həbs olunub
Hadisə
- 27 noyabr, 2025
- 10:37
"TikTok"da qeyri-etik paylaşımlar edən, eləcə də narkotik maddələrin təbliğatının yer aldığı videolar yayan Elsevər Nəbiyev saxlanılıb.
"Report"un əldə etdiyi məlumata görə, 33 yaşlı şəxs "Eliş 020" adlı səhifəsində canlı yayım açaraq narkotik vasitənin təsiri altında sözügedən paylaşımları edirmiş.
E.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində psixotrop maddə olan metamfetamin də aşkarlanıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, E.Nəbiyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, E.Nəbiyev bundan əvvəl də oxşar əməllərə görə dəfələrlə həbs edilib.
Son xəbərlər
04:15
İranda 5 maqnitudada zəlzələ olub
Region03:56
ABŞ BMT TŞ-nin Hörmüz boğazı ilə bağlı qətnamə layihəsinə dəyişiklik edib
Digər ölkələr03:37
Dubravka Handanoviç: Serbiya NIS-ın külək elektrik stansiyası layihəsi ilə maraqlanır
Digər ölkələr03:20
UKMTO: Hörmüz boğazında ticarət gəmisinə zərbə endirilib
Digər ölkələr02:43
Foto
Tehranda ticarət mərkəzində yanğın nəticəsində azı 8 nəfər ölüb, onlarla insan xəsarət alıb
Region02:21
Rubio: ABŞ Çin şirkətlərinə ikinci dərəcəli sanksiyalar tətbiq edə bilər
Digər ölkələr01:47
Merts Almaniyada azlıq hökumətinin qurulmasını istisna edib
Digər ölkələr01:18
ABŞ İrana sanksiyalardan yayınmağa kömək edən şirkətləri sanksiyalarla hədələyib
Digər ölkələr00:54