Tərtərdə yeniyetmə və tanışı oğurluq edib
Hadisə
- 24 may, 2021
- 06:44
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində artezian quyularını elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları xidmətdə olan zaman rayon ərazisindəki Sukanal İdarəsinə məxsus artezianı elektrik enerjisi ilə təmin edən kabelləri oğurlayan şəxsləri aşkarlayıblar.
Həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Araşdırmalarla cinayət əməlini törədən şəxslərin Tərtər rayon sakinləri - Əkbər İsmayılzadə və bir yeniyetmə olduğu müəyyən edilib.
Hazırda Tərtər RPŞ-də faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
08:14
WSJ: Hörmüz boğazının açılması ABŞ-İran razılaşması üçün əsas şərtdir
Digər ölkələr07:57
DÇ-2026: İsveç Tunis millisini 5 qolla məğlub edib - YENİLƏNİB-8
Futbol07:50
Quterreş BMT-nin Yaxın Şərqdə sülhə yardım etməyə hazır olduğunu bildirib
Digər ölkələr07:21
CNN: ABŞ və İran saziş imzalamazdan əvvəl Dohada hazırlıq məsləhətləşmələri keçirəcəklər
Digər ölkələr07:07
NYT: İranın xarici işlər naziri ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
Digər ölkələr06:49
Tramp: ABŞ regionun gəlirlərinin 20 %-i müqabilində Yaxın Şərqin keşikçisi ola bilər
Digər ölkələr06:42
Ekvador millisinin baş məşqçisi: "Dünya çempionatında buraxılan kiçik səhvlər baha başa gəlir"
Futbol06:36
Emerse Fae: "Fildişi Sahili millisinin səbrli olmağı vacib idi və bunun bəhrəsini gördük"
Futbol06:18