Şuşada yollar buz bağlayıb, köməksiz vəziyyətdə qalanlar xilas edilib
Hadisə
- 29 dekabr, 2025
- 10:28
Şuşada yollar buz bağlayıb, avtomobildə olanlar köməksiz vəziyyətdə qalıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Şuşa şəhərində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən sürüşərək yol kənarında qalmış "Hyundai" markalı minik avtomobilinin hərəkəti təmin edilib və sərnişinlərinə müvafiq köməklik göstərilib.
Son xəbərlər
01:56
Ukrayna 2026-cı ildə ABŞ-dən yardım alacaq ölkələrin siyahısına daxil edilib
Digər ölkələr01:47
Video
Qərbi Azərbaycan Xronikası: Böyük Məzrə ərazisində də tarixən Oğuz türkləri yaşayıblar
Region01:33
Tramp Netanyahunun Əl Şaraa ilə yola gedəcəyinə ümid etdiyini bildirib
Digər ölkələr01:09
Türkiyədə İŞİD qruplaşmasına qarşı növbəti əməliyyat keçirilib
Region00:39
Antikorrupsiya orqanları beş ukraynalı deputata ittiham irəli sürüldüyünü təsdiqləyib
Digər ölkələr00:04
Floridada Tramp və Netanyahu arasında görüş başlayıb
Digər ölkələr00:02
Tramp: Qəzzada sürətli normallaşma üçün HƏMAS tərk-silah edilməlidir
Digər ölkələr23:49
Avropa İttifaqı Kosovodakı seçkilərin nəticələrini dəstəkləyib
Digər ölkələr23:31