Sumqayıtda avtomobil oğruları tutulub
Hadisə
- 26 sentyabr, 2014
- 09:25
Bakı. 26 sentyabr. REPORT.AZ/ Azərbaycanın Sumqayıt şəhərində avtomobil oğruları saxlanılıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsi (ŞPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-də Ramin Musayevə məxsus “Honda” markalı avtomobili qaçıran şəhər sakini Yusif Muradov tutulub. Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 24-də Bəxtiyar Əlizadəyə məxsus “VAZ-2107” markalı avtomobili qaçıran şəhər sakini Orxan Vəliyev də saxlanılaraq istintaqa təqdim olunub.
Hər iki faktla bağlı araşdırmalar davam edir.
Son xəbərlər
11:17
Azərbaycanın yeni turizm brendi gələn ay təqdim ediləcək
Turizm11:14
Azərbaycanda turizm haqqında yeni qanun layihəsi hazırlanıb
Turizm11:07
"Bank Respublika" sahibkarlığın dəstəklənməsi və yaşıl maliyyələşdirmə məqsədilə "Finnfund"dan 15 milyon avro cəlb edib
Maliyyə11:05
Fransanın 72 departamentində isti hava səbəbindən narıncı təhlükə səviyyəsi elan edilib
Digər ölkələr11:00
ABŞ-nin zərbələri nəticəsində iki gün ərzində İranda 14 nəfər ölüb, 78 nəfər yaralanıb
Region10:59
Dünya Bankının eksperti: "Azərbaycan turizminin problemi mövcud potensialından tam istifadə edilməməsidir"
Turizm10:53
Dağıstanda sellər səbəbindən bənd qismən dağılıb, 13 evin sakini təxliyə edilib
Region10:50
Dünya Bankı: Azərbaycan turizmi bir neçə bazardan həddindən artıq asılıdır
Turizm10:48