Sumqayıtda zəncirvari avtoqəza olub, xəsarət alanlar var
Hadisə
- 20 dekabr, 2025
- 16:33
Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Babək küçəsində baş verib.
Belə ki, "Mazda", "Kia" markalı minik avtomobilləri və bir yük avtomobili toqquşub.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
İddialara görə, "Mazda" markalı minik avtomobili idarəetmədən çıxaraq əvvəlcə yük avtomobilinə çırpılıb, daha sonra isə təkər təmiri sexində dayanan "Kia" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində yolun hərəkət hissəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Son xəbərlər
20:49
Foto
Lənkəranda güləş festivalı keçirilib
Fərdi20:46
Quterreş Yaxın Şərqdə genişmiqyaslı münaqişənin bərpa olunması riski barədə bildirib
Digər ölkələr20:42
Foto
"Uşaqlar və Hüquq" kitabının təqdimat mərasimi keçirilib
Daxili siyasət20:32
SEPAH: İran ABŞ-nin hücumuna hazırdır
Region20:26
DİM ixtisar olunan dövlət qulluqçularının anoloji vəzifələrə təyinatı üçün tədbirlər görəcək - FƏRMAN
Daxili siyasət20:18
"Bakımənzilkommunlayihə" Layihə İnstitutu ləğv edilir
Daxili siyasət20:18
Foto
Video
Yasamalda çoxmərtəbəli binada baş verən yanğın söndürülüb -YENİLƏNİB
Hadisə20:14
Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdiriləcək
Daxili siyasət20:09