Sumqayıtda piyadanın ölümü ilə nəticələnən ağır qəza baş verib
Hadisə
- 06 iyun, 2026
- 01:38
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində baş verib.
Belə ki, VAZ-2106 markalı minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
Son xəbərlər
12:35
Azərbaycanlı turistlərin xaricdəki xərcləri 12 %-ə yaxın azalıb
Turizm12:31
Foto
Türkiyə-Azərbaycan Universitetinin ilk rektoru kollektivə təqdim olunub
Elm və təhsil12:27
Foto
Qədir Xəlilov: Dövlət Proqramına seçilən 500 nəfərdən 190-ı qadındır
Elm və təhsil12:26
"İmişli" Ronaldo Souza ilə yolları ayırıb
Futbol12:22
Sabah 39 dərəcə isti olacaq
Ekologiya12:21
Foto
Azərbaycan XİN başçısı ilə ATƏT-in sədri arasında geniş tərkibdə görüş keçirilib - YENİLƏNİB
Xarici siyasət12:08
Şahbuzda zəlzələ olub
Hadisə12:00
Azərbaycana gələn turistlərin xərcləri 21 % azalıb
Turizm12:00