Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir
Hadisə
- 09 avqust, 2023
- 06:49
Sumqayıtda kişi qətlə yetirilib, arvadı şübhəli bilinir.
Bu barədə "Report"a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhərinin Corat qəsəbə sakini 1987-ci il təvəllüdlü Ağahüseyn İmanovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1989-cu il təvəllüdlü Əfsanə Məmmədovanın yaşadıqları evdə bıçaqla əri Ağahüseyn İmanova xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Əfsanə Məmmədova hadisədən sonra könüllü təslim olub.
İbtidai istintaq davam etdirilir.
Son xəbərlər
14:09
Əməkdar artist: Bəzən filmə-seriala dəvət mesajında rejissorlar beş dənə səhvə yol verirlər
İncəsənət14:08
"Turan Tovuz" Ayxan Hüseynovla yollarını ayırdığını açıqlayıb
Futbol14:07
Brexit-in 10 illiyi: Böyük Britaniyanın uğuru, problemlər - ŞƏRH
Analitika14:05
Litva prezidenti hökumətin istefasını qəbul edib - YENİLƏNİB
Digər ölkələr14:00
"Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşıb
Digər13:58
Əziz Əzizov: "Beyləqanda 9 min hektara yaxın sahədə pambıq əkini planlaşdırılır"
ASK13:56
Foto
Azərbaycan Çindən yeni yük və sərnişin lokomotivləri alır
İnfrastruktur13:54
Foto
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada tanınmış şəxsiyyətlərin güllələnmiş büstlərinə baxıblar
Xarici siyasət13:54