Sumqayıtda tüstüdən zəhərlənən ana və qızı xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Hadisə
  • 05 may, 2026
  • 16:14
Sumqayıtda tüstüdən zəhərlənən ana və qızı xəstəxanadan evə buraxılıb - YENİLƏNİB

Sumqayıtda yanğın zamanı tüstüdən zəhərlənən ana və qızının vəziyyəti açıqlanıb.

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, mayın 5-də saat 14:10 radələrində Mərkəzin Təcili Tibbi Yardım Xəstəxanasına 2 qadın hospitalizasiya olunub.

Stresə qarşı kəskin reaksiya diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Sumqayıtda ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

İlkin məlumata görə, evdə baş verən yanğın qısa müddətdə genişlənib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və xüsusi texnikaları cəlb olunub. Alov qısa müddətdə söndürülüb və yanğının ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı evdə olan ana və qızı tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.