Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Hadisə
- 03 iyun, 2026
- 19:12
Sumqayıt şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində yerləşən yaşayış binasının 16-cı mərtəbəsində qeydə alınıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb, yanğının yaxınlıqdakı mənzillərə keçməsinin qarşısı alınıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində binada yaşayan sakinlər təhlükəsiz əraziyə təxliyə olunublar.
Hazırda yanğının başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Son xəbərlər
01:07
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
Digər ölkələr00:44
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
Region00:16
Tramp hələ ki İrana zərbələrin gücləndirilməsini nəzərdən keçirmədiyini açıqlayıb
Digər ölkələr23:54
Londonda kater Vestminster körpüsünə çırpılıb, beş polis əməkdaşı xəsarət alıb
Digər ölkələr23:35
Türkiyədə 17 il əvvəl helikopter qəzasında ölən müxalifət liderinin sui-qəsdə uğradığı üzə çıxıb
Region23:22
Vuçiç ABŞ-nin Serbiya mallarının idxal rüsumlarını müvəqqəti ləğv etdiyini bildirib
Digər ölkələr23:04
Zelenski Rusiyanın Ukraynaya yeni kütləvi hücuma hazırlaşdığını açıqlayıb
Digər ölkələr22:53
ABŞ Oman dənizində LPG tankerinə zərbə endirib, iki nəfər ölüb
Digər ölkələr22:44