Sumqayıtda bir gündə iki avtomobil yanıb
Hadisə
- 17 noyabr, 2025
- 08:18
Sumqayıt şəhərində bir gündə iki avtomobil yanıb.
"Report"un yerli bürosu məlumat verir ki, ilk hadisə şəhərin Sahil küçəsində qeyd alınıb.
Belə ki, Abşeron rayon sakini, 1985-ci il təvəllüdlü Nəzərli Alim Sirac oğluna məxsus "Kia" markalı avtomobil yanıb. Yanğın qısa müddətdə söndürülüb və ətrafdakı avtomobillərə keçməsinin qarşısı alınıb.
Növbəti hadisə Xəzər bağları ərazisində baş verib. Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Quliyev Seymur Rahib oğluna məxsus "Volkswagen" markalı avtomobil alovlanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
18:53
Hikmət Hacıyev: Regionda sülhün bərqərar olmasından sonra Azərbaycanın xarici siyasətində yeni imkanlar yaranıb
Xarici siyasət18:45
Emi Karlon: Azərbaycan ilə ABŞ-nin münasibətləri möhkəmlənir
İdman18:42
Elnur Eyvazlı: "Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə tələblərə riayət etməyən qurumlar cərimələnəcək"
Maliyyə18:37
Ərdoğan CHP-ni sərt tənqid edib
Region18:25
Azər Bağırov: "Gəncədə hər şey ürəyimcə idi"
Futbol18:21
Avropanın yeni təhlükəsizlik doktrinası: Öz gücünə söykənən Aİ - ŞƏRH
Analitika18:18
Azərbaycanda gələn ildən "İndi al, sonra ödə" xidməti tətbiq edilə bilər
Maliyyə18:18
Bayram Beqay: Əminəm ki, Albaniya ilə Azərbaycan arasında əməkdaşlıq möhkəmlənəcək
Xarici siyasət18:12