Sumqayıtda sexdə partlayış baş verib, yaralananlar var
Hadisə
- 16 yanvar, 2015
- 18:08
Bakı. 16 yanvar. REPORT.AZ/ Sumqayıt şəhərində vətəndaşa məxsus sexdə partlayış hadisəsi baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə mağazanın dam örtüyü, əsas divarları, ona bitişik sexin dam örtüyü və arakəsmə divarları dağılıb.
Sexdə dayanmış “Hyundai” və “Mitsubishi” markalı minik avtomobilləri dağıntı altında qalıb. Yanğınla nəticələnən partlayış zamanı mağazanın yanar konstruksiyaları, içərisində olan avtomobil ehtiyat hissələri yanıb və 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq Təcili Tibbi Yardım Stansiyası tərəfindən xəstəxanaya aparılıb. Bitişik obyektlər yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Son xəbərlər
09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (16.07.2026)
Maliyyə09:00
"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır
Futbol08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (16.07.2026)
Maliyyə08:48
Video
Bakıda otelin saunasında yanğın baş verib, qonaqlar təxliyə olunub
Hadisə08:48
ABŞ Braziliyadan idxal olunan məhsulların əksəriyyətinə 25 faizlik gömrük rüsumu tətbiq edəcək
Digər ölkələr08:26
Rusiya Silahlı Qüvvələrinin Kiyevə gecə hücumları nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb
Digər ölkələr08:17
Bakıda 5 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur08:14
Azərbaycan XİN: Odessa sahilləri yaxınlığında gəmi kapitanının axtarışı istiqamətində müvafiq tədbirlər görülür
Xarici siyasət08:12