Siyəzəndə zəlzələ olub

Hadisə
  • 20 yanvar, 2020
  • 18:11
Siyəzəndə zəlzələ olub

Yanvarın 20-də Siyəzən rayonu ərazisində 3,1 maqnitudada zəlzələ baş verib.

"Report" Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20:53-də Siyəzən stansiyasından 18 kilometr cənub-şərqdə qeydə alınıb.

Ocağı 42 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.