Şirvanda avtomobil 58 yaşlı qadını vurdu
Hadisə
- 28 noyabr, 2020
- 17:45
Şirvanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Kamilova Ziyafət Ədalət qızı yolu keçmək istəyən zaman “VAZ-2107” markalı avtomobil onu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
01:12
Bakının üç rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika01:08
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-5
Futbol01:04
Konqonun baş məşqçisi Sebastyen Desabr: "Futbolçularımla fəxr edirəm"
Futbol00:45
Bakının iki rayonunda qaz təchizatı dayandırılacaq
Energetika00:43
Avropa Parlamenti Qərbi Balkan ölkələrinin Aİ-yə üzvlüklə bağlı islahatlarını dəyərləndirib
Digər ölkələr00:35
Portuqaliya millisinin baş məşqçisi: "Konqo ilə matçda hücumdakı kəskinliyimizi itirdik"
Futbol00:24
Bəqai: ABŞ ilə nüvə danışıqları memorandum imzalandıqdan sonra aparılacaq
Region00:02
"Neftçi SOCAR" klubu Orlean mərhələsinin qalibi olub
Komanda23:46