Şərurda yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb

Hadisə
  • 27 iyun, 2024
  • 10:20
Şərurda yol-nəqliyyat hadisəsi olub, bir nəfər ölüb

Şərur rayonunda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Naxçıvan-Sədərək magistralında baş verib.

Hadisə nəticəsində piyada, Şərur rayonu Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.