Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə
- 19 oktyabr, 2025
- 13:53
Şəmkirdə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, sentyabrın 25-i axşam saatlarında Şəmkir Rayon Polis Şöbəsinə rayonun Kür qəsəbəsində yaşayan bir sakinin evinə maskalı, naməlum şəxsin qanunsuz daxil olaraq ev sahibinə küt alətlə xəsarət yetirməsi və 3 000 manat nağd pulu ələ keçirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qəsəbə sakini, 44 yaşlı Akif Məmmədov müəyyən edilərək saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
11:00
İtaliya klubunun futbolçusu karyerasını İspaniyada davam etdirəcək
Futbol10:54
Azərbaycan ötən il dövlət istiqrazları üzrə ödənişlərinin məbləğini açıqlayıb
Maliyyə10:51
SOCAR quyuların debitinin azalması zamanı daha qənaətcil həllərə keçir
Energetika10:45
IX siniflərin buraxılış imtahanının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Elm və təhsil10:44
"Zirə"nin futbolçusu I Liqa klubuna keçib
Futbol10:44
Azərbaycanın dövriyyədə olan avrobondlarının ümumi dəyəri dəyişməyib
Maliyyə10:38
Azərbaycanın dövlət zəmanətli borcunun tərkibi açıqlanıb
Maliyyə10:37
Foto
Yasamaldakı yanacaqdoldurma məntəqəsində pozuntu aşkarlanıb
Hadisə10:35