Şəmkirdə qohumunu güllələyən şəxs saxlanılıb
Hadisə
- 10 may, 2021
- 10:20
Şəmkir Rayon Polis Şöbəsinə mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
"Report" xəbər verir ki, M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Son xəbərlər
11:20
İranda etirazlar fonunda parlamentin təcili iclası başlayıb
Region11:15
Azərbaycanın rayonlarında güclü külək əsir, qar yağır - FAKTİKİ HAVA
Ekologiya11:13
İranın Milandakı konsulluğunun lövhəsi sökülüb
Region11:02
"Roma" klubu kapitanı ilə müqavilənin müddətini uzadır
Futbol11:01
Video
Tailandda kater qəzasında bir nəfər həlak olub, 19 nəfər xəsarət alıb
Digər ölkələr10:49
Britaniyanın müdafiə naziri Putini "oğurlamağa" qarşı deyil
Digər ölkələr10:33
Məşhur kolumbiyalı müğənni təyyarə qəzasında həlak olub
Digər ölkələr10:30
Foto
İƏT xarici işlər nazirləri Somalinin ərazi bütövlüyünü dəstəkləyiblər
Xarici siyasət10:25