Şəmkirdə baş verən qəza nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
- 14 sentyabr, 2025
- 01:25

Bakı-Qazax magistral yolunda baş verən qəzada ölənlərin sayı artıb.
"Report"un Qərb bürosunun məlumatına görə, ağır şəkildə xəstəxanaya çatdırlan sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Şəmkir rayonunun Dəllər Cəyir kəndində minik avtomobilinin ağaca çırpılması nəticəsində sürücü hadisə yerində həlak olmuş, xəsarət alan sərnişin isə xəstəxanaya çatdırılmışdı.
Bakı-Qazax magistral yolunda yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, yolun Şəmkir rayonunun Dəllər Cəyir kəndindən keçən hissəsində minik avtomobili ağaca çırpılıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sərnişin isə ağır şəkildə xəstəxanaya çatdırılıb.
Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.