Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Hadisə
- 07 oktyabr, 2025
- 10:04
Şəmkirdə arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə "Report"a Şəmkir rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, oktyabrın 6-da saat 18 radələrində Şəmkir rayonu Şiştəpə kəndi ərazisində 1984-cü il təvəllüdlü Röyalə Hacıyevanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1971-ci il təvəllüdlü Arif Hacıyevin bıçaqla xəsarətlər yetirməklə Röyalə Hacıyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Arif Hacıyev rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
Son xəbərlər
09:40
Azərbaycan nefti cüzi ucuzlaşıb
Energetika09:38
Qobustanda nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb
Hadisə09:36
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub
Elm və təhsil09:32
Foto
Ər-Riyaddakı sərgidə müdafiə sənayesi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Hərbi09:30
Foto
"FINCA Azerbaijan" BOKT 1-ci İnvestor Mikromaliyyə Forumunda MÜKAFATLANDIRILIB - FOTO
Maliyyə09:22
Foto
Azərbaycan və ABŞ səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Sağlamlıq09:19
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun oyunları keçiriləcək
Komanda09:07
"Qarabağ" klubu dünya reytinqində doqquz pillə irəliləyib
Futbol09:01