Goranboyda gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib

Hadisə
  • 06 fevral, 2017
  • 18:13
Goranboyda gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib

Goranboy. 6 fevral. REPORT.AZ/ Goranboyda gənc oğlan qollarını kəsərək özünə xəsarət yetirib.

"Report"un Qərb bürosu xəbər verir ki, 1995-ci il təvəllüdlü yerli sakin Elnur Səmədov Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənə tibbi yardım göstərildikdən sonra o, ambulator müayinə buraxılıb.

Hazırda hadisənin hansı səbəbdən baş verdiyi ilə bağlı araşdırma aparılır.