Şəkidə 34 yaşlı qadını ilan sancıb
Hadisə
- 10 iyun, 2015
- 18:22
Bakı. 10 İyun. REPORT.AZ/ Bu gün axşam saatlarında Şəkinin Zunud kəndində 34 yaşlı yerli sakini ilan sancıb.
"Report" xəbər verir ki, Həvva Abdulla qızı İsmayılova yaşadığı evin həyətyanı sahəsində gəzərkən qəfildən ayağını ilanın üzərinə basıb və ilan onun sağ ayağının bud nahiyəsindən sancıb.
Zərərçəkən yaxınlarının köməkliyi ilə dərhal Şəkidən Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həvva İsmayılova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib. Hazırda həkimlər xəstənin vəziyyətini orta-ağır qiymətləndirirlər.
Qeyd edək ki, son günlər Şimal-Qərb bölgəsində ilanvurma halları çoxalıb. Son 20 gün ərzində Qaxda 5 nəfəri ilan sancıb ki, onlardan biri dünyasını dəyişib.
Son xəbərlər
02:58
Foto
Naxçıvanda təcili tibbi yardım avtomobili qəzaya düşərək aşıb, 4 nəfər xəsarət alıb
Hadisə02:45
Amerika şirkətləri daha ucuz süni intellekt modellərinə keçirlər
İKT02:18
İsraildə milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşüb
Digər ölkələr01:32
BCM-nin keçmiş prokuroru işdən çıxarılması barədə qərardan şikayət verəcək
Digər ölkələr01:13
Küveyt İrana qarşı hərbi əməliyyatda iştirakını təkzib edib
Digər ölkələr00:43
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 66 nəfərə çatıb
Digər ölkələr00:18
NY Post: Vaşinqton İranda zənginləşdirilmiş uranın ələ keçirilməsi üzrə əməliyyata hazırlaşır
Digər ölkələr23:50
Ukrayna İranın Xəzərdəki gəmisini vurub, ölən və yaralılar var
Region23:42