Səfər Əbiyevin müavininin məhkəməsi növbəti dəfə təxirə salınıb
Hadisə
- 01 aprel, 2016
- 07:12
Bakı. 1 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək iclasın təxirə salınmasına səbəb M.Səlimovun vəkilinin məhkəməyə gəlməməsi olub.
Proses aprelin 8-də davam etdiriləcək.
Qeyd edək ki, Mehman Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Son xəbərlər
18:30
Ərdoğan və Şahbaz Şərif birgə bəyanatlarla çıxış ediblər
Region18:15
Ermənistan müxalifətinin seçki nəticələri ilə bağlı iddiaları rədd edilib
Region18:00
Ağdamda ata və iki övladı su anbarında batıb
Hadisə17:57
Foto
Monqolustanda qədim türk abidələrinin qoruyucu hasarlarının açılış mərasimi olub
Digər ölkələr17:53
Ötən gün Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb
Hadisə17:50
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi 1,3 milyard dolları ötüb
Biznes17:41
Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır
Digər ölkələr17:35
Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdədir
Region17:31