​Səbail rayonunda ikimərtəbəli evdə yanğın olub

Hadisə
  • 16 fevral, 2015
  • 04:36
​Səbail rayonunda ikimərtəbəli evdə yanğın olub

Bakı. 16 fevral. REPORT.AZ/ Səhər saatlarında Bakının Səbail rayonunda vətəndaşa məxsus ikimərtəbəli 2 otaqlı evin 1-ci mərtəbəsində mətbəx yanıb.

"Report" xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.