Şamaxı-Yevlax yolunda ağır qəza: 1 ölü, 4 yaralı
Hadisə
- 24 aprel, 2015
- 23:29
Bakı. 25 aprel. REPORT.AZ/ Axşam saatlarında Şamaxı-Yevlax yolunun 155-ci kilometrliyində, Ağsu rayonu ərazisində "Mercedes" və "Wolksvagen" markalı 2 minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
"Report" xəbər verir ki, Bakıdan Göyçay istiqamətində hərəkətdə olan minik avtomobili əks istiqamətdə gələn digər minik avtomobili ilə toqquşub.
Nəticədə minik avtomobilində olan sərnişinlərdən biri, 20 yaşlı Sərvinaz Valehli hadisə yerində dünyasını dəyişib. Digər sərnişinlər Əfrail Qurbanov, Valehli Valeh, Sevda Məmmədova və Elşad Məhiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı BDYP İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
Son xəbərlər
21:36
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
İdman21:22
Xamenei: "Hizbullah"ın müdafiəsi İranın strateji siyasətidir
Region21:07
Xətibzadə: ABŞ beynəlxalq hüquq və diplomatiyanı hədəfə alıb
Region20:51
Uolts: İrana zərbələr səbəbindən ABŞ-nin sursat qıtlığı yoxdur
Digər ölkələr20:35
Norris "Formula 1" üzrə Macarıstan Qran-prisində qələbə qazanıb
Formula 120:17
Əraqçi: Zelenski İran gəmisinə hücum edərək dənizçini öldürüb
Region20:00
Malatyada toy karvanında qəza baş verib
Region19:44
Hakan Fidan Al Tani və Asim Munirlə ABŞ-İran danışıqlarını müzakirə edib
Region19:29