Salyanda avtomobil qəzaya uğrayaraq yanıb, sürücü ölüb
Hadisə
- 08 oktyabr, 2025
- 08:50
Salyan rayonunun Yolüstü kəndində "Mercedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Son xəbərlər
09:34
Azərbaycan nefti 1 dollardan çox bahalaşıb
Energetika09:30
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
Hadisə09:30
Vüqar Bayramov: Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
Daxili siyasət09:14
"Talyeres" Karlos Tevesin yerinə Xorxe Sampaolini gətirib
Futbol09:08
Zakir Həsənov Pakistana başsağlığı verib
Hərbi09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.06.2026)
Maliyyə08:57
Kyodo: Yaponiya iyul ayında neftlə özünü 100% təmin edəcək
Digər ölkələr08:51
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (11.06.2026)
Maliyyə08:51