Salyanda dörd otaqlı ev yanıb
Hadisə
- 02 aprel, 2026
- 22:18
Salyanda yanğın hadisəsi baş verib.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonunun Şəkərli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Şahbazov Təyyar Vəlixan oğluna məxsus dörd otaqlı fərdi yaşayış evində anidən yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə hissəsinin əməkdaşları və texnikası cəlb olunub. Yanğın söndürülərək alovun ətrafdakı digər tikililərə keçməsinin qarşısı alınıb.
Buna baxmayaraq, 150 kv.m sahəsi olan ev yararsız hala düşüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
15:13
"TuranBank" və ITFC arasında maliyyələşmə üzrə uğurlu əməkdaşlıq davam edir
Maliyyə15:12
Sumqayıtda xüsusi texnika və nəqliyyat vasitələrinin istehsal və yığımı həyata keçiriləcək
Sənaye15:07
Rəşad Sadıqov: "Payde" ilə matçda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik"
Futbol15:06
Ukrayna ilin sonuna kimi 300 ədəd "Patriot" raketi əldə edə bilər
Digər ölkələr15:02
Bu ilin ilk 6 ayında Azərbaycandakı muzeylərə 3893 yeni eksponat daxil olub
Mədəniyyət siyasəti14:57
Braziliyanın Ali İdman Məhkəməsi futbolçuya qeyri-adi cəza tətbiq edib
Futbol14:53
Zelenski: Trampın xüsusi elçilərinin Ukraynaya səfəri gözlənilir
Digər ölkələr14:53
Hüquq-mühafizə orqanlarına mədəni irs abidələrinə müdaxilə barədə 60 şikayət daxil olub
Mədəniyyət siyasəti14:40