Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti "Qanlı dərə"də tapılıb
Hadisə
- 12 may, 2026
- 19:33
Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.
"Report"un Aran bürosunun məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində kişinin meyiti "Qanlı dərə" ərazisində aşkar olunub.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Son xəbərlər
19:03
Foto
Kəngərlidə avtomobil yoldan çıxaraq aşıb, ölən və yaralananlar var
Hadisə18:40
Foto
Kürdəmirdə iki yük maşını toqquşub, yüklər yola dağılıb
Hadisə18:39
Formula-1: Kimi Antonelli Belçika Qran-prisinin qalibi olub
Formula 118:18
FHN çimərliklərə gedənlərə xəbərdarlıq edib
Hadisə18:15
Türkiyə Yunanıstandakı 8 türk məktəbin bağlamasını pisləyib
Region17:53
Hakan Fidan iordaniyalı həmkarı ilə regional təhlükəsizliyi müzakirə edib
Region17:51
Əraqçi: Netanyahu İranı parçalamaq istəyir
Region17:46
İstanbulda siqaretə görə 14 milyon dollardan çox cərimə tətbiq edilib
Region17:41